İnsan yəqin olaraq bilsə ki, asanlıq bir neçə gün, bir həftə yaxud… — MU'MİNUN🖋️ — TG.ME

İnsan yəqin olaraq bilsə ki, asanlıq bir neçə gün, bir həftə yaxud bir ay sonra gələcək, o insan sıxıntının qarşısında dim-dik duracaq. Rəbbinə itaətin şirinliyi ilə o sıxıntını azaldacaq.

Ölənə kimi elmin üzərində ol!


Çünki, elm insana yəqinlik verir, Allah Təalə haqqında əminlik verir.
Allah Təalə qüdsi hədisdə buyurur:
Mən qulumla onun Məni zənn etdiyi kimi davranaram.

Yəni sən bu elmi öyrəndiyin zaman Rəbbini tanıyacaqsan, biləcəksən ki, Allah Təalə heç vaxt bir insanı həlak etmək üçün, ona bir şey təqdir etmir, əksinə onu qaldırmaq üçün edir.

#tövhid
t.me/iibnnqayyim
64
August 26, 2026 133 1