Bəndər Abbasdakı Rəcai limanı ABŞ blokadasından sonra fəaliyyətini dayandırıb. ❌
İranın əsas ticarət limanı olan Bəndər Abbasdakı Rəcai limanının ABŞ-ın dəniz blokadasından sonra fəaliyyətini dayandırdığı bildirilir.
Yayılan görüntülərə görə, limanda hazırda malların idxalı və ixracı həyata keçirilmir. İllik yükləmə-boşaltma gücü 100 milyon tondan çox olan liman İranın konteyner ticarətinin təxminən 85–90 faizini idarə edir.
İran prezidenti Məsud Pezeşkian da marşrutların bağlandığını və malların, o cümlədən benzinin ölkəyə gəlmədiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri isə minlərlə ABŞ hərbçisinin 20-dən çox hərbi gəmi və yüzlərlə təyyarə ilə İran ətrafındakı dəniz əməliyyatlarında iştirak etdiyini açıqlayıb.
بندر عباسدا رجایی لیمانی ABŞ دنیز بلوکاداسیندان سونرا فالییتینی دایاندیریب















