Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu Cənubi Koreyanın Muju… — Insanoid — TG.ME

Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu

Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.

K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.

Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.

@insanoidcom
👍3👏1🙏1
September 4, 2026 521