Reuters agentliyinin məlumatına görə, Latviya və Litva Rusiya taxılının öz ərazilərindən tranzitini tamamilə dayandırmaq ideyasını müzakirə edir. Mənbələr bildirir ki, Riqa sentyabrın 8-də öz limanları vasitəsilə tədarüklərə tam qadağa qoyulması məsələsini müzakirə etməyə hazırdır.
Litvanın Baş nazirinin açıqlamasına görə, məhdudiyyətlər tətbiq olunacağı təqdirdə, onlar Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə ölkənin digər regionları arasında həyata keçirilən taxıl tranzitinə şamil edilməyəcək.
@insanoidcom
