Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda keçirilən mətbuat… — Insanoid — TG.ME

⚖️🇦🇿 Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda keçirilən mətbuat konfransında azərbaycanlı olmayan məhbuslarla bağlı səsləndirilən işgəncə, dini ayrı-seçkilik və dini simvolların məhv edilməsi iddialarını əsassız və qərəzli adlandırıb.

📌 Ombudsman bildirib ki, bu cür iddialar etibarlı sübutlarla təsdiqlənməyib və Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesini pozmağa yönəlmiş cəhd kimi qiymətləndirilir.

🔎 Qeyd olunub ki, Ombudsmanın Milli Preventiv Qrupu müxtəlif vaxtlarda erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirib, onların tibbi və psixoloji vəziyyətini qiymətləndirib. Monitorinqlər zamanı həmin şəxslərin hüquqlarının ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi bildirilib.

Səbinə Əliyeva vurğulayıb ki, təsdiqlənməmiş məlumatların dini zəmində təqdim olunması cəmiyyətlər arasında etimadsızlığı artırır və sülhə zərər vurur.

@insanoidcom
September 5, 2026 218