Nepalda güclü daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak… — Insanoid — TG.ME

🔴Nepalda güclü daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 1344 nəfərə çatıb

Nepal polisinin məlumatına görə, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları hələ də davam edir. Hazırda aralarında 698 əcnəbi də olmaqla 4886 nəfər itkin düşmüş şəxs kimi axtarılır.

Xilasedicilər Trişuli çayı üzərindəki su-elektrik stansiyasının su altında qalan tunelindən fəlakətin başlamasından 9 gün sonra iki fəhləni sağ çıxarıblar. Xəsarət alan və oksigen çatışmazlığından əziyyət çəkən şəxslər xəstəxanaya yerləşdiriliblər. Tunel ərazisində hələ də təxminən 150 nəfərin ola biləcəyi ehtimal olunur.

@insanoidcom
September 5, 2026 251 1