Sabah” uşaq futbolu üçün 10 milyon manatlıq proqram yaradır… — Insanoid — TG.ME

⚽️“Sabah” uşaq futbolu üçün 10 milyon manatlıq proqram yaradır

Prezidentin sərəncamı ilə kluba ayrılan 5 milyon manata “Sabah” öz büdcəsindən daha 5 milyon manat əlavə edəcək.

Beləliklə, “Sabah Football Academy Future Talents” proqramının ilkin kapitalı 10 milyon manat olacaq.

Vəsait qorunaraq idarə ediləcək, əldə olunan gəlir isə gənc futbolçuların inkişafına, infrastruktura, məşq və tibbi təminata yönəldiləcək.

Çempionlar Liqasındakı bilet satışlarından əldə olunan gəlirin bir hissəsinin də proqrama ayrılması nəzərdə tutulur.

@insanoidcom
👍2
September 5, 2026 288