Dünən Tim Kuk "Apple" şirkətinin CEO-su kimi son iş gününü başa vurub… — Insanoid — TG.ME

Insanoid❕📱 Tim Kuk "Apple"ın CEO-su vəzifəsindən ayrıldı — şirkətə Con Ternus rəhbərlik edir "Apple"ın rəhbərliyində 15 ildən sonra dəyişiklik baş verib. Tim Kuk 1 sentyabr 2026-cı ildən CEO vəzifəsini tərk edərək şirkətin icraçı sədr vəzifəsinə (executive chairman)…
📱Dünən Tim Kuk "Apple" şirkətinin CEO-su kimi son iş gününü başa vurub və əməkdaşlara vida məktubu göndərib

Bu gündən — sentyabrın 1-dən etibarən şirkətə Con Ternus rəhbərlik edəcək. Kuk özü isə "Apple"da qalaraq Direktorlar Şurasının icraçı sədri vəzifəsini tutacaq.

Vida məktubunda bu anın onun üçün duyğulu olduğunu bildirən Kuk, şirkətin uğurlarının əsas mənbəyi kimi komandanı göstərib və ən çox Apple-ın dünyanı daha yaxşıya doğru dəyişməyə yönəlmiş korporativ mədəniyyəti ilə fəxr etdiyini vurğulayıb.

@insanoidcom
👍2😁1👀1
September 1, 2026 374