İran raketləri İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirib… — Insanoid — TG.ME

🇮🇷🇺🇸 ❕İran raketləri İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, İran İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə ballistik raketlərlə hücum edib. Söhbət Müvəffəq əs-SaltiƏl-Əzraq bazalarından gedir.

İran mediası raketlərin dalğa şəklində buraxıldığını və sayının 20-dən çox olduğunu bildirir. İordaniya hakimiyyəti isə ölkənin hava məkanına daxil olan raketlərin bir qisminin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Həmçinin Əqəbədəki Kral Hüseyn Beynəlxalq Hava Limanının yaxınlığında raket zərbəsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən birinin İsrailin cənubundakı Eylatdan çəkildiyi bildirilir.

🇮🇷 İran mediası yeni raket buraxılışlarının həyata keçirildiyini və ümumi sayın 28-i keçdiyini iddia edir.

@insanoidcom
❤2👍2
September 1, 2026 394