🏐 Azərbaycanın qadın voleybol millisi Avropa çempionatında mübarizəni dayandırıb
Faiq Qarayevin rəhbərlik etdiyi milli komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.
İstanbulda yerləşən “Sinan Erdem” İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb — 25:14, 25:16, 25:22. Beləliklə, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
@insanoidcom

September 1, 2026 712