"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Görüntülərdə əks olunan şəxslər müəyyən ediliblər. Barələrində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülür".
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avtomobillərin hərəkət etdiyi yollarda, eləcə də piyadaların sıx olduğu ərazilərdə diyircəkli konkilərdən və digər nəqliyyat vasitələrindən təhlükəli şəkildə istifadə etmək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır:
"Valideynləri və yeniyetmələri belə təhlükəli hərəkətlərdən çəkinməyə, yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq".
@insanoidcom
