Tim Kuk "Apple"ın CEO-su vəzifəsindən ayrıldı — şirkətə Con Ternus rəhbərlik edir"Apple"ın rəhbərliyində 15 ildən sonra dəyişiklik baş verib. Tim Kuk 1 sentyabr 2026-cı ildən CEO vəzifəsini tərk edərək şirkətin icraçı sədr vəzifəsinə (executive chairman) keçib. Onu CEO postunda "Apple"ın keçmiş Hardware Engineering rəhbəri Con Ternus əvəz edib.
Kuk 2011-ci ildən Apple-a rəhbərlik edib və onun 15 illik CEO-luğu şirkətin tarixində ən uğurlu kommersiya dövrlərindən biri olub. Bu müddətdə "Apple"ın səhmləri təxminən 2 300% bahalaşıb, şirkətin bazar dəyəri isə trilyonlarla dollar artıb.
Con Ternus 2001-ci ildə "Apple"a mühəndis kimi qoşulub və son illərdə iPhone, iPad, Mac, Apple Watch, AirPods və Vision Pro kimi məhsulların hardware inkişafına rəhbərlik edib.
@insanoidcom



