Səmada nəhəng “dəliklər” yarandı: Səbəbi məlum oldu ABŞ-nin… — Insanoid — TG.ME

☁️Səmada nəhəng “dəliklər” yarandı: Səbəbi məlum oldu

ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində sakinlər buludların arasında qeyri-adi dairəvi boşluqlar müşahidə ediblər.

Meteoroloqların sözlərinə görə, bu təbiət hadisəsi “bulud dəliyi” ("fallstreak hole") adlanır. Belə boşluqlar təyyarə həddindən artıq soyumuş su damcılarından ibarət bulud təbəqəsindən keçdikdə yaranır. Təyyarənin təsiri ilə su damcıları buz kristallarına çevrilir və aşağıya doğru düşür. Nəticədə buludların arasında xarakterik dairəvi və ya oval formalı boşluq əmələ gəlir.

@insanoidcom
❤2🤩1
August 29, 2026 1K 1 3