⚠️ FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
🌧 Hazırda ölkə ərazisində bəzi yerlərdə intensiv yağış yağır, güclü külək əsir və şimşək çaxır. Qeyri-sabit hava şəraitinin sabahadək davam edəcəyi gözlənilir.
FHN əhaliyə sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağı, güclü külək zamanı ağacların, elektrik dirəklərinin və reklam lövhələrinin altında dayanmamağı tövsiyə edib.
⚡ İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq və açıq ərazilərdən uzaq durmaq çağırışı edilib.
🚫 Kiçikhəcmli gəmilərin belə hava şəraitində dənizə çıxması qadağandır.
@insanoidcom
2August 31, 2026 399