Kanadanın Ontario əyalətinin baş naziri Daq Ford gölün Kanada sahilində üzərində “Ontario gölü. İndi və həmişə” yazılmış böyük lövhə quraşdırıb. Lövhənin fransızca versiyasında da eyni məzmun yer alır.
Ford bildirib ki, Tramp gölün adını Kanadanın öz hüquqlarını müdafiə etməsindən narazı olduğu üçün dəyişmək istəyib.
“Trampdan çox-çox əvvəl bu gölün adı Ontario idi. Tramp olmayandan sonra da onun adı Ontario gölü olaraq qalacaq”, — Ford deyib.
Qeyd edək ki, Donald Tramp avqustun 27-də ABŞ dövlət qurumlarına gölün adını “Lake America” kimi istifadə etməyi tapşıran sərəncam imzalayıb. Lakin bu qərar gölün beynəlxalq adını dəyişmir və Kanada onun tarixi adını tanımaqda davam edir.
@insanoidcom

