ƏRAFA GÜNÜ BARƏSİNDƏ SALEHLƏRİN SÖZLƏRİ
- Möminlərin anası Aişə (radiyallahu anhə) belə demişdir :
İl ərzində oruc tutduğum elə bir gün yoxdur ki, mənə Arafa günü oruc tutmağımdan daha sevimli olsun.
📕 İbn Cad "Musnəd", 512 .. səhihdir.
■●■●■●■●■
Əta əl-Xurasəni (rahiməhullah) belə demişdir:
-Əgər Ərafa günü öz nəfsinlə baş-başa qalmağa imkanın varsa, o zaman bunu et!
📙(İmam Əhməd "əz-Zuhd", 2211)
●■■●■●■●■
İbn Mubərak(rahiməhullah) belə demişdir:
Ərafa gecəsi Sufyan Sovrinin(rahiməhullah)yanına gəldim. O, diziüstə çökmüş vəziyyətdə idi və gözləri yaşarmışdı. Mənə tərəf çevrildi və mən ona dedim:
Buradakı (Ərafadakı) toplum içərisində hal olaraq ən pis olan kimdir?!
O dedi: "Allahın onu bağışlamayacağını zənn edən kimsə"..
📕Lətaiful Məarif, səh. 287
●■■●■●■●
Hafiz İbn Rəcəb (rahiməhullah) demişdir:
*«Arafa günü cəhənnəmdən azad olma günüdür. Allah o günü, arafada duranları (həciləri) da, dünyanın müxtəlif yerlərində yaşayan və arafada olmayan müsəlmanları da cəhənnəmdən azad edir. Arafada olanlar da, olmayanlar da, hamısı arafa günü cəhənnəm atəşindən xilas olub günahları bağışlanmaqda ortaq olduqları üçün, arafa günündən sonrakı gün yer üzündə olan bütün müsəlmanların bayram günü olur».*
📚 Lətaif Məarif, 276.
■●■●●■●■
*BU GÜNÜN ARAFA ADLANMASINDAKİ SƏBƏB NƏDİR?*
İbnul Covzi (rahiməhullah) demişdir:
Birincisi,
*Cəbrayıl(əleyhissələm) İbrahimə (əleyhissələm) həcc və qurbanlıq əhkamlarının yerinə yetirildiyi yeri göstərən zaman İbrahim aleyhissələm buyurur: Araftu (yəni bildim, tanıdım.) İkincisi isə budur ki, Adəm və Həvva həmin yerdə bir-birlərini tanımışlar.*
("Kəşful-Muşkil", 2/156.)📚
●■■●■●■●
*Nə üçün Aşura gününün orucu bir illik günahlara, Ərafa gününün orucu isə iki illik günahlara kəffarə olur?!*
İmam İbn Qeyyim rahiməhullah belə demişdir:
Birinci:
*Ərafa günü haram aydadır, Aşura günündən fərqli olaraq özündən öncəki və sonrakı ay da haram aydır.*
İkinci:
*Ərafa gününün orucu Aşura gününün orucundan fərqli olaraq bizim şəriətə xas olan bir şeydir. Bu da Muhəmmədin ﷺ bərəkətinin daha çox olması ilə əlaqəlidir.*
📒Bədəiul Fəvaid, 4/211
■■■■■■■■■
Şeyx İbn Bəzz (rəhiməhullah) buyurur:
*"Ərafa gününün orucu müstəqil bir orucdur, onun çox əzəmətli fəziləti vardır. Allah o orucla bir il əvvəlki və bir il sonrakı günahları bağışlayır."*
📚("Məcmu'ul Fətəva", 15/405)
■●■●■●■●
*Arafa günün duası...*
İmam Əvzai (rahiməhullah) demişdir:
*«Mən özümdən əvvəlki insanları gördüm ki, onlar ehtiyaclarını arafa gününə saxlayardılar ki, o günü Allaha dua edib ehtiyaclarını Allahdan istəsinlər».*
İbn Abdul Bərr (rahiməhullah) demişdir:
*«Arafa günü edilən duaların demək olar ki hamısı qəbuldur»*
Qeyd: Bu həcdə olana da, olmayana da aiddir.
■●■●■●■
*"Sufyan bin Uyeynə (Allah ona rəhmət etsin) yetmiş dəfə həcc etmişdir.*
*Hər həccində Arafa günündə belə dua edərdi: Allahım, bunu Sənə etdiyim son səfər etmə!*
*Sonuncu həccində deyir ki, axırda Allaha belə dua etməyə utandım.*
*Həmin il Həccdən dönür və vəfat edir"*
📚 Zəhəbinin "İslam tarixi" kitabı, 13/119
🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha
💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24