Sentyabrın 9-da Mingəçevir və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, Mingəçevirdə saat 10:00-dan 14:00-dək Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Yevlaxda isə saat 10:00-dan 15:00-dək Göyük, Hacımahmudlu, Qaramanlı və Nəmirli kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.
Yeni "Instagram" hesabımız
@gencexeberaz



