Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ 2026/2027-ci… — Gencexeber.az — TG.ME

Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ

2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə qəbulun III mərhələsi də keçiriləcək.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib:

“İxtisas seçimi 11 sentyabrda başlayacaq, 14 sentyabr 12:00-dək davam edəcək”
 
Açıqlamada qeyd edilib ki, təxmini 2000  boş qalan yerin III mərhələdə müsabiqəyə çıxarılması planlaşdırılır.

Xatırladaq ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri sentyabrın 4-də açıqlanıb.

Yeni "Instagram" hesabımız


@gencexeberaz
🙏2👍1🤔1
September 8, 2026 793 1