Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək… — Gencexeber.az — TG.ME

⚡️⚡️Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək

2013-2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb və nəticələrə uyğun olaraq onların əməkhaqlarında artımlar edilib.

Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməməsi səbəbindən onların əməkhaqlarına artımların tətbiqi mümkün olmayıb.

Bu səbəbdən 8-10 sentyabr tarixlərində yalnız diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyən şəxslər üçün əlavə proses təşkil ediləcək.Diaqnostik qiymətləndirməyə daha əvvəl cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul olunmuş şəxslərin bu prosesə cəlb edilməsi nəzərdə tutulmur.

Proses yalnız test imtahanı mərhələsindən ibarət olacaq. İştirakçılara 90 dəqiqə ərzində ümumilikdə 60 sual təqdim ediləcək. Sualların 40-ı ixtisas, 20-si isə tədris metodikası və təlim strategiyaları üzrə olacaq.Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.
Prosesin əsas məqsədi müəllimlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
👍2🤔1😢1🙏1
September 7, 2026 798