Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb… — Gencexeber.az — TG.ME

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

2026-2027-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 10 sentyabr, saat 18:00-dır.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
👍2🙏2🤔1
September 4, 2026 542