Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü… — Gencexeber.az — TG.ME

Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə İcma əsaslı Məktəbəqədər Təhsil qrupu açılır.

Gencexeber.az məlumat verir ki, 2026–2027-ci tədris ili üçün 2-5 yaşlı uşaqların qəbulu başlayıb. Təhsil isə tamamilə ödənişsizdir.

Tədris prosesi və uşaqlar üçün yaradılacaq imkanlar bu cür təşkil ediləcək:

– Dərslər həftədə 4 gün, gündəlik 2 saat keçiriləcək;
– Fərdi yanaşma və intellektual inkişafa diqqət yetiriləcək;
– Yaradıcı fəaliyyətlər, oyunlar və təlimlər təşkil olunacaq;
– Uşaqlar üçün təhlükəsiz və təmiz mühit yaradılacaq;
– Uşaqların sosial və nitq bacarıqlarının inkişafına dəstək göstəriləcək.

Bundan əlavə, dərsliklər və bütün zəruri ləvazimatlar dövlət tərəfindən qarşılanır. Valideynlər üçün təhsil otağı və istifadə olunan vəsaitlər tamamilə pulsuz təqdim olunur.

Qəbuldan yararlanmaq istəyən valideynlər məktəb-liseyə müraciət edə bilərlər.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏2❤1👍1🤔1
September 4, 2026 553 1 1