Goranboyda silah-sursat anbarında yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib.
Gencexeber.az-ın məlumatına görə, bunu Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov jurnalistlərə açıqlamasında deyib.
O, rayonun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsindən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının toplanışının keçirildiyini qeyd edib:
"Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb".
O qeyd edib ki, hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumlar yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib:
"Goranboydda baş vermiş hadisə zamanı əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib, əhali tam təhlükəsiz qaydada, təhlükəsiz ərazilərə yaxın ərazilərə köçürülüb".
Yeni "Instagram" hesabımız
@gencexeberaz




