Gəncə şəhərinin “Pasyolka” adlanan ərazisində, “Metallurq” stadionunun yaxınlığında yerləşən kəsişmədə dəfələrlə avtomobil qəzaları baş verir.
Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə görə, sözügedən yolayrıcında işıqforun olmaması səbəbindən burada tez-tez yol-nəqliyyat hadisələri qeydə alınır. Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı Gencexeber.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sözügedən əraziyə əvvəl də əməkdaşlar baxış keçirib:
“Ərazidə lazımı nişanlar quraşdırılıb, lakin hərəkətin intensivliyi nəzərə alınaraq svetaforun quraşdırılması məqsədəmüvafiq hesab edilməyib” – E.Qasımov qeyd edib.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

1
1
1September 2, 2026 560