Gəncəli gənc Çində ödənişsiz magistr təhsili alacaq Gəncə şəhər Mir… — Gencexeber.az — TG.ME

Gəncəli gənc Çində ödənişsiz magistr təhsili alacaq

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Zəkiyyə Cəfərova təhsil sahəsində böyük uğura imza atıb.

Gencexeber.az məlumat verir ki, Zəkiyyə Cəfərova Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və ictimai münasibətlər” ixtisasını 610 balla qəbul olaraq, universiteti fərqlənmə diplomu ilə başa vurub.

Təhsilini uğurla davam etdirən Zəkiyyə Cəfərova bu ay dövlətlərarası proqram çərçivəsində Çinin nüfuzlu Xiamen Universitetinə magistratura pilləsi üzrə qəbul olunub. O, universitetdə “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, Zəkiyyə Cəfərova Çin dili müəlliməsi kimi fəaliyyət göstərib.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏3👏2
August 30, 2026 801