Goranboy rayonunun Nizami kəndində, Gəncə şəhərindən təxminən 12… — Gencexeber.az — TG.ME

⚡️⚡️⚡️⚡️⚡️Goranboy rayonunun Nizami kəndində, Gəncə şəhərindən təxminən 12 kilometr məsafədə yerləşən anbarda güclü partlayış baş verib.

Gencexeber.az məlumat verir ki, hadisə zamanı anbarda silsilə partlayışların baş verdiyi bildirilir. Partlayış səsləri Goranboy və Samux rayonlarından, eləcə də Gəncə şəhəri və ətraf ərazilərdən aydın şəkildə eşidilib.

Hazırda hadisənin səbəbləri, partlayışların nədən qaynaqlandığı və xəsarət alanların olub-olmaması barədə məlumat dəqiqləşdirilir.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏21❤10😱8😢5🤯2🌚1😐1👀1
September 1, 2026 2.5K 11 36