Bu gün görürsən ki, insanlar Quran ayələrini paylaşarkən onları sadə… — FAYDAİLİM — TG.ME

⚠️ Bu gün görürsən ki, insanlar Quran ayələrini paylaşarkən onları sadə bir fonda təqdim etməklə kifayətlənmirlər. Halbuki Allahın ayələri öz-özlüyündə qəlblər üçün kifayətdir. Lakin onlar arxa plana müxtəlif maraqlı görüntülər, effektlər, keçidlər əlavə edirlər.

Hətta daha da irəli gedərək, cəhənnəmdən bəhs edən ayələr paylaşdıqda arxa fona od, alov və sanki “cəhənnəmə bənzər” görüntülər yerləşdirirlər. Cənnətdən bəhs edən ayələrdə isə bağlar, meşələr və buna bənzər görüntülərdən istifadə edirlər.

Əgər sən bu işlə məşğulsansa, bu kimi məqamlara diqqət etməlisən. Allahın kəlamının bu cür effektlərə ehtiyacı yoxdur..

Həmçinin alimlərin sözlərini paylaşarkən də eyni məsələyə diqqət etmək lazımdır. Alim orada Qurandan, sünnədən, hədislərdən danışır, amma videonun arxa fonunda müxtəlif uğultu səsləri, ulama səsləri, nəşidlər və başqa səslər əlavə olunur.

Bəs bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə uyğundurmu? Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədis danışarkən səhabələri onun arxasında müxtəlif səslər çıxarır, nəsə oxuyur və ya ulama səsləri əlavə edirdilərmi? Gülməli səslənir, elədi?

Bu, bir çox insanın məruz qaldığı fitnələrdəndir. İnsan bəzən xeyirə dəvət etdiyini düşünərək, bilmədən müəyyən günahlara düşə və hətta başqalarının günaha düşməsinə səbəb ola bilər. Buna görə də insan bu kimi məsələlərdə çox diqqətli olmalıdır!

Allahdan əfv və salamatlıq istəyirik.

#dərsdən

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
September 6, 2026 48 1