Qadına ətir hədiyyə etməyin hökmü Sual: Qadına ətir flakonu hədiyyə… — FAYDAİLİM — TG.ME

🧴 Qadına ətir hədiyyə etməyin hökmü

Sual:

Qadına ətir flakonu hədiyyə etmək caizdirmi, əgər onun bu ətiri evdən çıxarkən vuracağını bilirsə? Hədiyyə verən şəxsə bu halda günah yazılarmı?

🔹 Cavab:

Həmd yalnız Allaha məxsusdur.

Qadına ətir hədiyyə etməkdə bir qəbahət yoxdur. Çünki bu, sevgi və xoş münasibət ifadəsidir və hədiyyə verən buna görə savab qazanır.

Əgər ətir hədiyyə edilən qadın onu haram şəkildə istifadə edərsə, bu halda günah onun öz üzərinə düşər.

Lakin hədiyyə verən şəxs dəqiq bilirsə ki, hədiyyə edəcəyi qadın bu ətiri bazara (çölə) çıxmazdan əvvəl vuracaq, onda ona bu hədiyyəni vermək caiz deyil. Çünki bu, günahda yardımlaşmaq sayılır. Uca Allah buyurur:

“Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın” (əl-Maidə, 2).

📕 İbn Bəz – “Məcmu’ Fətəvalar” (20/62)

#faydailim_qadınlar

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
September 7, 2026 49 1