Şeyx əl-Fəvzan (Allah onu qorusun) demişdir:
Mushəfdən oxumaq imkanı olduğu halda Quranı telefondan oxumaqdan çəkinmək daha yaxşıdır. Bunun bir neçə səbəbi vardır:
🔸 Mushəfin xüsusi hörməti və müqəddəsliyi var. Xüsusi hörmətə malik olan bir şeyə üstünlük verilir. Buna görə də telefonla ayaqyoluna daxil olmaq mümkündür, lakin mushəflə ayaqyoluna daxil olunmur.
🔸 Əsas olan Quranı mushəfdən oxumaqdır. Telefonda oxumaq isə ikinci dərəcəlidir. Alimlərin icmasına görə, əsas mövcud olduğu halda ikinci dərəcəli olana keçilməməlidir.
🔸 Mushəfə hörmət və ehtiram göstərmək vacibdir. Çünki o, xeyir və bərəkət mənbəyidir. Onun iki cildi arasında Uca Allahın Kəlamı vardır.
🔸 Mushəf yalnız Quran üçün nəzərdə tutulmuşdur. Telefonda isə Quranla yanaşı başqa şeylər də mövcuddur.
🔸 Quranı mushəfdən oxumaq İslamın şüarlarından və fərqləndirici əlamətlərindən biridir. Bu əməlin yayılmasına və qorunub saxlanılmasına çalışmaq lazımdır ki, digər İslami şüarlar kimi açıq-aşkar bir əlamət olaraq qalsın. İnsan mushəfi əlinə aldıqda, adətən, Quran oxumaq niyyətində olur. Lakin telefonu əlinə alan insanın mütləq Quran oxumaq niyyətində olduğu demək deyil.
🔸 Telefondan Quran oxuyan insan oxumağı dayandırıb saytlara və digər tətbiqlərə keçməyəcəyinə əmin ola bilməz. Çünki bunda insanı Quran oxumaqdan yayındıra biləcək fitnələr vardır.
📎سمط الفرائد
t.me/faydailim
