Əbu Hureyrədən (رضي الله عنه) rəvayət olunur ki, Peyğəmbər… — FAYDAİLİM — TG.ME

Əbu Hureyrədən (رضي الله عنه) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:

«تَهَادَوْا تَحَابُّوا»

“Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.”

📚 əl-Ədəb əl-Mufrad, 594. (həsən)

Ənəs ibn Malik (رضي الله عنه) belə deyərdi:

«يَا بَنِيَّ، تَبَاذَلُوا بَيْنَكُمْ، فَإِنَّهُ أَوَدُّ لِمَا بَيْنَكُمْ»

“Ey oğullarım! Bir-birinizə hədiyyə verin. Çünki bu, aranızdakı məhəbbəti daha da artırar.”

📚 əl-Ədəb əl-Mufrad, 595. (səhih)

🏷️ Peyğəmbərin ﷺ səhabələri bir-birilərinə yemək hədiyyə edər, paltar hədiyyə edərdilər. Lakin ən önəmlisi odur ki, onlar bir-birilərinə elm hədiyyə edərdilər! Məsələn, bir-birilərinə hədis danışardılar.

Təsəvvür et ki, sən bir insana bildiyin bir şeyi öyrədirsən, ona bir dərs göndərirsən və ya bir kitab hədiyyə edirsən. Bütün bunlar elmi hədiyyə etməkdir.

💌 Və bəzən bir insana verə biləcəyin ən dəyərli hədiyyə maddi bir şey deyil, ona faydalı bir elm öyrətməyindir..

#sünnə #hədis

t.me/faydailim
September 7, 2026 43