🇩🇪🇺🇸 Bavariyanın baş naziri Markus Zöder bildirib ki, amerikalılara etibar etmək olmaz.
“Bilirsiniz, əvvəllər hər şey daha sadə idi. Rusiya həmişə ciddi çağırış olub, amma amerikalılara da hər zaman arxalana bilmirdik. Bəs bu gün onlara arxalana bilərikmi? Belə deyək: mən Amerika ilə bağlı hər şeyin, o cümlədən Amerika mətbəxinin böyük pərəstişkarıyam. Amma onların bəzi strateji qərarlarını artıq sadəcə anlaya bilmirəm”.
“Problem ondadır ki, biz artıq onların strategiyasını başa düşmürük. Onların yüz faiz bizim tərəfimizdə olduğuna artıq əmin deyilik. Üstəlik, görünür, hazırda bizi müdafiə etmək üçün onların sadəcə kifayət qədər sursatı da yoxdur - ən azı indiki mərhələdə”.
#Almaniya #ABŞ #Bavariya #MarkusZöder #siyasət
September 9, 2026 140