🇮🇱🇵🇸⚡️ İordan çayının qərb sahilində məskunlaşanların hücumu və baş verən qarşıdurmalar nəticəsində iki fələstinli həlak olub.
▪️ Təxminən doqquz silahlı israilli məskunlaşan işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Hacca kəndinə daxil olub. Sakinlərin bildirdiyinə görə, hücum edənləri ərazidən çıxarmaq cəhdindən sonra məskunlaşanlar və hadisə yerinə gələn israilli hərbçilər atəş açıb. Nəticədə 19 yaşlı fələstinli həlak olub, daha üç nəfər isə yaralanıb.
▪️ İsrail Ordusu (SAXAL) bildirib ki, hərbçilər atılan daşlara cavab olaraq silah tətbiq ediblər. Ölümcül atəşi məhz kimin - əsgərin, yoxsa məskunlaşanın açdığı hələ müəyyən edilməyib.
▪️ Qusra kəndi yaxınlığındakı başqa bir hadisədə isə bir fələstinli 20 yaşlı məskunlaşana bıçaqla ağır xəsarət yetirib. Daha sonra israilli komandir həmin şəxsin hərbçilərə hücum etməyə cəhd göstərdiyini bildirərək şübhəli hücumçunu güllələyib.
▪️ Bu hadisələr Benyamin Netanyahunun qanunsuz inşa edilmiş bir neçə məskunlaşma postunun ləğv edilməsi ilə bağlı nadir sərəncamından sonra baş verib. Bununla belə, İsrail hökuməti yeni məskunlaşma məntəqələrini təsdiqləməyə və əvvəllər icazəsiz tikilmiş bəzi obyektləri leqallaşdırmağa davam edir.
#Fələstin #İsrail #QərbSahili #Netanyahu #YaxınŞərq
September 9, 2026 219

