🇮🇱📰 Haaretz: Netanyahu 7 oktyabr hücumundan təxminən yarım ay əvvəl hazırlanan hücum barədə xəbərdar edilib.
▪️ Haaretz-in dərc etdiyi material İsrail mediasında, sosial şəbəkələrdə və siyasi dairələrdə böyük rezonans doğurub. Seçkilərə az qalmış yayımlanan xəbər Netanyahuya qarşı geniş tənqid dalğasına səbəb olub.
▪️ Haaretz yazır ki, 2023-cü il oktyabrın 7-dən təxminən yarım ay əvvəl BƏƏ Prezidenti Məhəmməd bin Zayed Netanyahuya zəng edib. Təxminən 45 dəqiqə davam edən söhbət zamanı o, Sinvarın İsrailə qarşı irimiqyaslı əməliyyat planlaşdırdığı barədə xəbərdarlıq edib: “Dəhşətli bir hadisəyə hazırlaşmalısınız”.
▪️ Netanyahunun ofisi bu məlumatı dərhal təkzib edib.
#İsrail #Netanyahu #Haaretz #7Oktyabr #YaxınŞərq

September 9, 2026 144