🇸🇪⚰️ İsveçdə çoxsaylı insan itkiləri şəraitində dəfn prosesinin təşkili üzrə hərbi təlim keçirilib.
Təlimdə ölkənin genişmiqyaslı müharibə zamanı ağır itkilər verməsi ssenarisi modelləşdirilib. Söhbət 500 minədək insanın, yəni əhalinin təxminən 5%-nin həyatını itirməsi ehtimalından gedib.
Məşqlər zamanı döyüş meydanından həlak olanların cəsədlərinin toplanmasından başlayaraq onların identifikasiyası, dini vida mərasimi və dəfninə qədər bütün proses mərhələli şəkildə sınaqdan keçirilib.
Rekvizit kimi yüzlərlə maneken və real cəsəd torbalarından istifadə olunub.
Təlimlərə hərbçilərdən ibarət dəfn qrupları, eləcə də hərbi kapellanlar cəlb edilib.
#İsveç #HərbiTəlim #Müharibə #Təhlükəsizlik #Ordu

September 7, 2026 221