👟🇵🇸 Adidas keçmiş İsrail hərbçisinin iştirakı ilə keçirilən reklam kampaniyasına görə boykotla üzləşə bilər.
▪️Adidas İsraildə amputasiya olunmuş və yalnız bir ayaqqabıya ehtiyac duyan insanlar üçün nəzərdə tutulan “Single Shoe Service” kampaniyasının siması kimi keçmiş İsrail hərbçisi Şalev Bitonu seçib.
Biton 2021-ci ildə Qəzza yaxınlığında gedən döyüşlər zamanı ayağını itirib. Məhz İsrail hərbçisinin kampaniyanın siması seçilməsi Qəzzadakı müharibə nəticəsində minlərlə fələstinlinin ətraflarını itirməsi fonunda narazılığa səbəb olub.
▪️Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabrından etibarən Qəzzada 5 mindən çox ətraf amputasiyası həyata keçirilib və pasiyentlərin təxminən hər beşindən biri uşaq olub.
Təxminən 43 min fələstinli, o cümlədən 10 minə yaxın uşaq həyatlarını köklü şəkildə dəyişə biləcək ağır xəsarətlər alıb. 2026-cı ilin mayına olan məlumata əsasən, müayinədən keçmiş 2,3 min amputasiya olunmuş şəxsin dörddəbirindən də azı daimi protezlə təmin edilib. Qəzzada uşaqlar üçün ixtisaslaşmış reabilitasiya isə hələ də əlçatan deyil.
▪️Narazılığa Adidas-ın fələstin əsilli model Bella Hadidlə bağlı əvvəlki qərarı da əlavə olunub. Şirkət 2024-cü ildə İsrail və İsrailyönlü təşkilatların tənqidindən sonra Hadidi reklam kampaniyasından çıxarıb.
Adidas sonradan üzr istəsə də, Bella Hadidin kampaniyadan kənarlaşdırılması barədə qərarı dəyişməyib.
▪️Fələstinli fəal Sami əl-Arian bildirib ki, şirkət “prinsiplərdən daha çox mənfəətə üstünlük verdiyi” üçün bu qərarın nəticəsini gəlirlərinin azalması ilə hiss edə bilər.
Britaniyalı siyasi şərhçi Sami Həmdi isə McDonald’s, Starbucks, KFC və digər brendlərin müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə boykotların nəticələri ilə artıq üzləşdiyini xatırladıb.
“Adidas-ın da eyni şəkildə boykot edilməsi ilə bağlı çağırışlar artıq səslənir”, - Həmdi Anadolu-ya bildirib.
#Adidas #Fələstin #Qəzza #Boykot #BellaHadid
1September 7, 2026 268