🇺🇸🇮🇷 ABŞ raketinin İranın cənubundakı Kuhestakda hədəfdən yayınaraq toy mərasiminin keçirildiyi evə düşdüyü, nəticədə azı 4 mülki şəxsin öldüyü və 90-dan çox insanın yaralandığı bildirilir.
The Washington Post-un istinad etdiyi ABŞ rəsmilərinin məlumatına və araşdırmalara görə, hücum zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin buraxdığı 6 raket rabitə kompleksini hədəfə alıb.
Onlardan 5-i nəzərdə tutulan hədəfə dəyib, bir raket isə, ehtimal ki, kursdan çıxaraq təxminən 134 metr aralıda yerləşən evə düşüb. Həmin vaxt evdə toy mərasimi keçirilirdi.
Hadisə nəticəsində azı 4 mülki şəxs həlak olub, 90-dan çox insan yaralanıb.
Pentaqon insidentlə bağlı araşdırmaya başlayıb. ABŞ rəsmiləri zərbənin “qəsdən endirilmədiyini” bildirir və raketin hədəfdən niyə yayındığını müəyyənləşdirməyə çalışırlar.
#ABŞ #İran #Pentaqon #Kuhestak #TheWashingtonPost

September 7, 2026 283