🇯🇵🐈 Oktyabrın 11-də Tokioda Bakeneko pişik paradı keçiriləcək.
Bakeneko Festivalı Kaqurazaka küçəsində təşkil olunur. Yapon dilində “bake” sözü “cild dəyişdirən varlıq” mənasını verir. Festivalda böyüklər və uşaqlar pişik kostyumları və maskaları ilə iştirak edirlər.
Festival 2010-cu ildən keçirilir. Pişik mövzusunun seçilməsi isə vaxtilə bu ərazidə yaşamış yapon yazıçısı Natsume Soseki ilə bağlıdır. O, “Mən pişiyəm” əsəri ilə tanınır.
#Yaponiya #Tokio #Bakeneko #Festival #PişikParadı
September 7, 2026 205




