İranın Təhlükəsizlik Şurasının katibi Rzayi Hörmüz boğazından kənarda… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇷🚢 İranın Təhlükəsizlik Şurasının katibi Rzayi Hörmüz boğazından kənarda məhdud zona elan ediləcəyini bildirib.

“Yaxın günlər və həftələr ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayan, Hörmüz boğazından keçərək Fars körfəzinədək uzanan məhdud zona elan edəcəyik”, - Rzayi deyib.

Onun sözlərinə görə, Hörmüz boğazından keçmək məqsədilə həmin zonaya daxil olduğu müəyyən edilən istənilən gəmi İranın sanksiya siyahısına salınacaq.

“Bu zonaya Hörmüz boğazından keçmək niyyəti ilə daxil olduğu müəyyən edilən hər bir gəmi sanksiya siyahımıza əlavə olunacaq”, - Rzayi bildirib.

#İran #Hörmüz #FarsKörfəzi #ABŞ #Gəmiçilik
September 7, 2026 197