🇺🇦🛡 Zelenski Donbasdan imtina etməyəcəyini bildirib və bu məsələnin bütün müharibənin taleyi ilə bağlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Donbas məsələsi təkcə orada yaşayan və ya bölgəni tərk etməyə məcbur olmuş insanlarla bağlı deyil.
“Məncə, bu, bütün müharibənin məsələsidir - həm yaşamaq uğrunda, həm də tükəndirmə müharibəsi. Bu, Rusiya tərəfinin məqsədi olan ərazi məsələsidir”, - Zelenski bildirib.
O qeyd edib ki, Donbas bir çox baxımdan Ukrayna üçün mühüm dayaq nöqtəsidir. Zelenskinin sözlərinə görə, Ukrayna döyüş meydanında, xüsusilə də düşmənin fəallığını və şəxsi heyətin sayını artırdığı şərq istiqamətində mövqelərini gücləndirib.
Zelenski həmçinin bildirib ki, Rusiyada seçkilərdən sonra mümkün səfərbərlik əsasən məhz bu istiqamətə yönəldilə bilər və burada bir çox geosiyasi məsələlər həll olunur.
Ukrayna prezidenti əlavə edib ki, ölkənin öz ballistik raketlərə qarşı müdafiə sistemi yaxın gələcəkdə hazır olacaq.
Onun sözlərinə görə, ABŞ gələn il Patriot sistemləri üçün ballistik raketlərə qarşı raketlərin istehsal həcmini artıracaq.
“Ümid edirik ki, hər halda, Allah qoysa, müharibə başa çatacaq. Amma bundan sonra da bu raketlərə ehtiyacımız olacaq”, - Zelenski bildirib.
#Ukrayna #Zelenski #Donbas #Patriot #Müharibə
September 7, 2026 218