🇮🇷🇺🇸 Amerika müharibəyə başladı, lakin bunun bədəlini bütün dünyanın ödəməsini istəyir - Bəqai.
Hörmüz boğazı fevralın 28-dək, yəni ABŞ və İsrail İrana hücum edənə qədər tam açıq idi. Vaşinqton regionda qeyri-qanuni və amansız bir müharibəyə rəvac verərək kommersiya gəmiçiliyinin normal hərəkətini pozub: tankerlərin hərəkəti dayandırılıb, ticarət iflic vəziyyətinə düşüb, enerji daşıyıcılarının qiymətləri isə durmadan artır.
İndi isə ABŞ törətdiyi əməllərin acı nəticələrinin hesabını İrana yükləməyə və faturanı bütün dünyaya ödəməyə çalışır. Vaşinqtonun versiyasına görə, Birləşmiş Ştatların başlatdığı müharibə nədənsə dünyaya məhz İranın davranışlarının nəticəsi kimi təqdim olunmalıdır.
Amerika müharibəyə rəvac verdi, lakin eyni zamanda yaranmış xaosun günahkarı qismində İranı göstərərək bütün dünyanın bunun əvəzini ödəməsini gözləyir. Bu, tamamilə absurddur”, - İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.
#İran #ABŞ #Hörmüz #Bəqai #enerji

September 7, 2026 188