🇷🇺🇩🇪 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Berlinin Leypsiq/Halle hava limanındakı insidentdə Moskvanın əli olması ilə bağlı ittihamlarını “əsl müharibənin başlanğıcı” adlandırıb.
🔸 Avqustun 4-də Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı aşkarlanıb və zərərsizləşdirilib. Almaniya hakimiyyəti istintaqın nəticələrinin Rusiya dövlət strukturları ilə əlaqəli şəxslərin mümkün iştirakına işarə etdiyini bildirib.
🔸 Berlin Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb, Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki “Rus Evi”nin bağlanacağını açıqlayıb.
Moskva ittihamları əsassız adlandıraraq rədd edib.
Almaniyanın addımlarını şərh edən Lavrov Böyük Vətən müharibəsi ərəfəsində Almaniya diplomatik nümayəndəliklərinin bağlanmasını xatırladıb və kansler Fridrix Mertsi Almaniyanı hərbiləşdirməkdə ittiham edib.
#Rusiya #Almaniya #Lavrov #Berlin #Diplomatiya

1September 7, 2026 190