🇺🇸✈️ “American Airlines” aviaşirkətinin ekipaj üzvləri sərnişinlərin köməyi ilə təyyarədə dava salan və irqçi təhqirlər səsləndirən kişini yapışqan lentlə oturacağa bağlayıblar.
Hadisə Texasdan Nyu-Cersiyə uçan reysdə baş verib. Sərnişinin qeyri-adekvat davranışı səbəbindən təyyarə Merilend ştatındakı Baltimor-Vaşinqton Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Şahidlərin sözlərinə görə, kişi sərxoş təsiri bağışlayıb. O, İsa və cəhənnəmə aparan yol barədə qışqırıb. Səs-küyə qaradərili stüardessa yaxınlaşdıqda sərnişin onu irqçi ifadə ilə təhqir edib, daha sonra LGBT nümayəndələrinin ünvanına söyüşlər səsləndirməyə başlayıb.
Bundan sonra kişi yanında oturan sərnişini vurub, onun noutbukunu sındırıb, müdaxilə etməyə çalışan qadını isə itələyib.
Stüardessalar yapışqan lent və plastik bağları üç sərnişinə veriblər. Onlar da aqressiv kişini oturacağa bağlamaq üçün bunlardan istifadə ediblər.
Mediada yayılan fotolarda dava salan şəxsin əllərində sıyrıqlar və qançırlar göründüyü bildirilir.
Təyyarə Merilendə endikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu trapın yanında qarşılayıb və kişini saxlayıblar.
#AmericanAirlines #ABŞ #aviahadisə #təyyarə #Merilend
September 6, 2026 248
