Alkoqola ən çox xərc çəkən bölgə bəlli oldu: Qazax-Tovuz liderdir… — Alioglu_News🇦🇿 — TG.ME

🍷Alkoqola ən çox xərc çəkən bölgə bəlli oldu: Qazax-Tovuz liderdir

📊Bu ilin ilk altı ayında Azərbaycanda əhalinin alkoqollu içkilərə xərclədiyi vəsaitin həcmində artım qeydə alınıb.

🍻İlin birinci yarısında ölkə üzrə adambaşına düşən aylıq alkoqol xərci orta hesabla 2,34 manat təşkil edib. Bu da ümumi istehlak xərclərinin 0,6%-i deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricidə 5,4%-lik artım müşahid olunub.

📍İçki xərclərinə görə bölgələr arasında aşkar lider Qazax-Tovuz iqtisadi rayonu olub. Bu regionda əhali alkoqollu içkilərə ayda adambaşına 4,1 manat xərcləyib.

📍Müqayisə üçün qeyd edək ki, qonşu Gəncə-Daşkəsən zonalarında bu rəqəm iki dəfəyə yaxın az — 2,1 manat təşkil edib.
September 6, 2026 115 1