İyul ayında orbitə buraxılan “Rassvet” peyklərinin (“Starlink”in… — Alioglu_News🇦🇿 — TG.ME

🇷🇺🛰 İyul ayında orbitə buraxılan “Rassvet” peyklərinin (“Starlink”in Rusiya analoqu) 16-dan heç biri nəzərdə tutulan hesablama orbitinə çıxa bilməyib.

Aparatların təxminən 800 kilometr yüksəklikdə yerləşməsi planlaşdırılsa da, onların böyük əksəriyyəti 300-400 kilometr hündürlükdə ilişib qalıb.

Peyklərin bir hissəsinin orbit hündürlüyü artıq tədricən enməkdədir - onlardan ikisi isə yaxın vaxtlarda Yerin atmosferində yana bilər.

Peyklərin sıradan çıxma ehtimalı barədə rəsmi səviyyədə heç bir məlumat verilməyib. Proqramın tərtibatçıları isə avqust ayında hər şeyin plan üzrə getdiyini bəyan etmişdilər.

#Rusiya #Rassvet #Starlink #Kosmos #Texnologiya
September 4, 2026 156