🇮🇱🇮🇷 Netanyahu İranla bağlı bildirib ki, İsrailin əsas məqsədi bu təhlükəni birdəfəlik aradan qaldırmaq, yəni mövcud rejimi devirməkdir
▪️“Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Başqa sözlə, söhbət bu rejimin devrilməsindən gedir”.
▪️“Bu, qarşımızda duran əsas vəzifədir. Amma biz buna yaxınıq. Bu, mümkünsüz deyil - tam əlimizin çatdığı məsafədədir”.
▪️“Onların bizə hücum etməməsi təsadüfi deyil. Onlar hamıya hücum edirlər, yalnız bizə yox. Onlar bizim gücümüzü, zərbə imkanlarımızı və qətiyyətimizi yaxşı bilirlər”.
▪️“Mən ümumilikdə bütün düşmənlərimizə deyirəm: bizimlə oyun oynamayın. Əgər nəsə öyrənmisinizsə, bizimlə oyun oynamayın”.
#İsrail #İran #Netanyahu #YaxınŞərq #Siyasət
September 4, 2026 148