Google AI” ABŞ-da fırıldaqçılara 26 qadını 1,3 milyon dollar… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸📱 “Google AI” ABŞ-da fırıldaqçılara 26 qadını 1,3 milyon dollar məbləğində aldatmağa kömək edib.

Axtarış sisteminin hazır süni intellekt cavabları təqdim edən bloku saxta məlumatları həqiqət kimi qələmə verib.

FTB-nin məlumatına görə, ABŞ vətəndaşı Decon Lav özünü Milli Futbol Liqasının peşəkar oyunçusu kimi təqdim edib. Onun şəriki Teylor isə özünü maliyyə məsləhətçisi kimi tanıdıb.

Fırıldaqçılıq sxemi olduqca sadə qurulub: Lav tanışlıq tətbiqlərində qadınlarla ünsiyyət yaradıb, daha sonra isə Teylor ilə birlikdə onları saxta investisiya layihələrinə vəsait yatırmağa razı salıb. Əldə olunan pulları cütlük mənimsəyib. Zərərçəkənlərin bəziləri bu məqsədlə hətta kredit də götürüblər.

Bu cinayətin həyata keçirilməsində süni intellekt mühüm rol oynayıb. Qadınlar Lavın doğrudan da futbolçu olub-olmadığını “Google”da axtarışa verərkən neyroşəbəkə bu məlumatı təsdiqləyib. Süni intellektin cavabı isə həmin şəxsin sosial şəbəkələrdə yaydığı uydurma məlumatlar əsasında formalaşıb.

#ABŞ #GoogleAI #Dələduzluq #Süniİntellekt #FTB
September 4, 2026 151