🇺🇸🇮🇷 ABŞ vitse-prezidenti Cey Di Vens İranla bağlı Vaşinqtonun mövqeyini açıqlayıb və Hörmüz boğazından enerji daşımalarının ABŞ-ın fəaliyyəti sayəsində davam etdiyini bildirib
▪️“Ötən gecə boğazdan 15 milyon barel neft keçib. Bu, ABŞ-ın sayəsində baş verib. Biz bunu etməsəydik, başqa heç kim etməzdi. Heç kim bunu etməsəydi, dünyada fəlakətli enerji böhranı yaranardı”, - Vens deyib.
▪️İranla mümkün danışıqlara toxunan ABŞ vitse-prezidenti bildirib ki, Tehran kommersiya gəmilərinə atəş açmağı dayandırmayınca Vaşinqton danışıqlara getməyəcək.
▪️“Biz iranlılarla danışmırıq və onlar kommersiya gəmiçiliyinə atəş açmağı dayandırmayınca onlarla danışmayacağıq”, - Cey Di Vens vurğulayıb.
▪️Jurnalistin “İranla müharibə aralıq seçkilərinədək başa çatacaqmı?” sualına Vens belə cavab verib: “Mən bunu müharibə adlandırmazdım”.
▪️İranın gəmilərə hücumlarının nə vaxt dayanacağı ilə bağlı isə vitse-prezident konkret proqnoz verməyib.
▪️“İranlılar gəmilərə atəş açmağı nə vaxt dayandıracaqlar? Bu sualın cavabını bilmirəm”, - o bildirib.
▪️Vens həmçinin İranın ABŞ daxilində gündəlik həyata təsir imkanlarını məhdud hesab etdiyini deyib.
▪️“İranın amerikalıların normal həyatını pozmaq imkanlarına baxsaq, düşünürəm ki, bu imkanlar kifayət qədər məhduddur. Sıfır deyil, amma olduqca məhduddur”, - ABŞ vitse-prezidenti qeyd edib.
#ABŞ #İran #CeyDiVens #Hörmüz #Enerji
September 4, 2026 172