🇪🇸🗣 “Biz müharibədən qaçan insanları qəbul etməyi bacarmalıyıq. Afrikanın inkişafına, tərəqqisinə və çiçəklənməsinə kömək etməliyik...”
İspaniyanın baş naziri Pedro Sançes həmvətənlərini qaçqınlara qarşı daha çox mərhəmət göstərməyə çağırıb, münaqişə zonalarından gələn miqrantları qəbul etməkdən imtina edən bir sıra dövlət rəhbərlərini qınayıb.
O, həmçinin İspaniyadakı miqrasiya böhranı ilə bağlı yanlış narrativlər yayan Rusiya sosial şəbəkə hesablarını tənqid edib və fikrini belə ifadə edib:
“İnsanı qolundan tutub, sanki torpaq kisəsidir, sadəcə sərhədin o tayına atmaq olmaz”.
#İspaniya #PedroSançes #Miqrasiya #Qaçqınlar #Avropa
September 4, 2026 198