📱📲 Tezliklə bir nömrəni iki “iPhone”da istifadə etmək mümkün olacaq - “Apple” şirkəti “iOS 27” əməliyyat sisteminə “iPhone Handoff” funksiyasını əlavə edəcək.
Əsas “iPhone” vasitəsilə əlavə cihaz seçilir və sistem həmin qurğuya əlavə “eSIM” quraşdırır.
“Simkart” hazırda istifadə olunan “iPhone”da aktiv rejimdə işləyir.
Lakin bu funksiyanı rabitə operatoru dəstəkləməlidir, ona görə də ekspertlərin qeyd etdiyinə əsasən, funksiyanın rəsmi buraxılışı zamanı “Handoff”u sınaqdan keçirmək çətin ki mümkün olsun.
#Apple #iPhone #iOS27 #Texnologiya #Smartfon
September 4, 2026 191 1