İsrailin “Jerusalem Post” nəşri ABŞ-ın İrana qurudan müdaxilə üçün… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇱🇺🇸 İsrailin “Jerusalem Post” nəşri ABŞ-ın İrana qurudan müdaxilə üçün tələb olunan şəxsi heyəti necə təmin edə biləcəyinə dair redaksiya məqaləsi dərc edib.

Nəşrin hesablamalarına görə, İranın müdafiə sisteminə qarşı mübarizə aparmaq üçün 750 mindən 1,5 milyonadək hərbçi tələb oluna bilər. Halbuki ABŞ-ın hazırkı nizami ordusunda təxminən 452 min hərbçi var.

Təklif olunan həll yolu hərbi çağırış deyil, borcların silinməsidir.

18-34 yaşlı orta statistik amerikalının ipoteka ilə bağlı olmayan borcu 40 min dollardan çoxdur. Təklifə əsasən, 24-36 aylıq hərbi xidmətdən sonra bu borclar tamamilə silinə bilər.

Müəlliflər bunu GI Bill proqramı və Vyetnam müharibəsi dövründə tətbiq edilən hərbi çağırış möhlətləri ilə müqayisə edirlər. Məqsəd Vaşinqtonun ictimaiyyətə qəbul etdirə bilmədiyi müharibədə xidmət etmək üçün gənc amerikalıları orduya cəlb etməkdir.

Nəşr hesab edir ki, belə bir mexanizm tətbiq olunarsa, ABŞ İsrailin qələbəsini təmin etmək məqsədilə İrana qurudan müdaxilə üçün kifayət qədər böyük hərbi qüvvə toplaya bilər.

#İsrail #ABŞ #İran #JerusalemPost #Müharibə
September 4, 2026 213 1