🇵🇸🕊 “Atəşkəs”in 300 günündə 300 uşaq: İsrailin Fələstinə hücumları davam edir.
2025-ci ilin oktyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsindən ötən 300 gün ərzində Qəzzada azı 300 uşaq öldürülüb. Bu barədə UNICEF məlumat yayıb.
Yüzlərlə uşaq yaralanıb, onların bir çoxunun vəziyyəti ağırdır.
“Orta hesabla hər gün bir uşağın öldüyü atəşkəs uşaqların maraqlarına cavab vermir”, - UNICEF-in regional direktoru Eduard Beqbeder bildirib.
Xəstəxanalarda avadanlıq çatışmır, həkimlər iki-üç körpəni eyni inkubatora yerləşdirməyə məcbur qalırlar.
İsrailin hücumları isə davam edir. Qəzzanın müxtəlif bölgələrinə son zərbələr nəticəsində səkkiz nəfər həlak olub. Ölənlər arasında üç uşaq və mülki müdafiə əməkdaşı da var. 20-dən çox insan yaralanıb.
Qəzza Daxili İşlər Nazirliyi İsrail xüsusi təyinatlılarının Qəzza şəhərində HƏMAS liderlərindən birini qaçırmağa uğursuz cəhd etdiyini də bildirib.
Əməliyyat zamanı dinc sakinlər və xüsusi təyinatlı dəstənin üzvləri həlak olub. Əməliyyatın uğursuzluğa düçar olduğu barədə İsrail mediası da məlumat yayıb.
İşğal altındakı İordan çayının Qərb sahilində İsrail qüvvələri Nablusda məscidi və yerli sakinlərə məxsus avtomobilləri yandırıb, Cenin və Əl-Xəlildə isə 15-dən çox insan saxlanılıb.
Təkcə avqust ayında israilli məskunlaşanlar fələstinlilərə qarşı 2 030 hücum həyata keçiriblər.
Əl-Xəlildəki İbrahim məscidində artıq 70 gündür azan verilməsinə qadağa qoyulub.
Böyük Britaniya İsrail yaşayış məntəqələrinə qarşı kompleks tədbirlər hazırlayır. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas isə məskunlaşanların zorakılığına qarşı tədbirlər görülməsinə çağırıb.
Fransada məhkəmə Dovil hakimiyyətinin Qəzzadan çəkilmiş fotoları beynəlxalq festivaldan çıxarmaq qərarını ləğv edib.
Fələstin mediası həmçinin BƏƏ-nin fəallara və bloqerlərə HƏMAS əleyhinə kampaniyaları təbliğ etmək üçün 1 500 dollar təklif etdiyini bildirib.
#Fələstin #Qəzza #İsrail #UNICEF #Atəşkəs
1September 3, 2026 262